Azərbaycan nefti yenidən bahalaşıb

"Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları və yaxud 0,67% artıb...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 20 Iyul 2019, 12:18

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları və yaxud 0,67% artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,15 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.