Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar qatarların sürətinə məhdudiyyət qoyulub

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Avqust 2019, 10:37

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

 

İnterAz xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

 

Məlumatda həmçinin deyilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulmasıdır.