Bakı metrosunda daha iki yeni ventilyator istismara verilib

Qarşıdakı müddətdə "Nizami" stansiya tunelində yerləşən şaxtada da yeni ventilyator quraşdırılacaq...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 09 Avqust 2019, 17:00

Bakı metropoliteninin “Qara Qarayev” və “Memar Əcəmi” (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb.

 

“Bakı metropoliteni” QSC-dən İnterAz- verilən məlumata görə, bu stansiyalarda iyun ayının əvvəllərində iki yeni ventilyator istifadəyə verilib. Texnoloji prosesin tələblərinə uyğun olaraq quraşdırılan daha 2 ventilyator stansiyaların havalandırma şaxtalarını tam komplektləşdirib.

 

Bu il alınmış 7 ventilyatordan qalan üçünün də quraşdırılması istiqamətində işlər planlı şəkildə davam edir. İki güclü ventilyatorun quraşdırılacağı "Ulduz-Nəriman Nərimanov" mənzil tunellərindəki şaxtada köhnə avadanlığın sökülməsinə başlanılıb.

 

Qarşıdakı müddətdə "Nizami" stansiya tunelində yerləşən şaxtada da yeni ventilyator quraşdırılacaq.