İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək

Ə.Dudabinejadın sözlərinə görə, stansiyanın istismara veriləcək hissəsi 310 meqavat elektrik istehsal edəcək...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 10 Avqust 2019, 10:26

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda Heris istilik elektrik stansiyasının bir hissəsi 1 avqustda istismara veriləcək.

 

İnterAz-ın məlumatına görə, bunu İranın İstilik Elektrik Stansiyaları Şirkətinin özəl sektorun elektrik stansiyaları layihələrinin icraçısı Əmir Dudabinejad deyib.

 

Ə.Dudabinejadın sözlərinə görə, stansiyanın istismara veriləcək hissəsi 310 meqavat elektrik istehsal edəcək.

 

Dudabinejad əlavə edib ki, gələcəkdə istismara veriləcək digər bir hissəsi isə 180 meqavat, ümumilikdə stansiya 490 meqavat elektrik istehsal edəcək: “Bu stansiyanın inşa edilməsinə 239,8 milyon avro vəsait xərclənib. Onun 4,8 milyon avrosu investor, qalanı isə İranın Milli İnkişaf Fondu tərəfindən təmin olunub”.

 

Şirkət rəsmisi bildirib ki, gələn ilin yayınadək stansiyanın digər hissəsi də istismara veriləcək. Heris İstilik Elektrik Stansiyasının açılış mərasiminə İran prezidenti Həsən Ruhani də qatılacaq.