Azərbaycan nefti 2%-ə yaxın bahalaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,28 dollar təşkil edib...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 10 Avqust 2019, 12:29

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,10 ABŞ dolları və yaxud 1,83% artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,28 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.