Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,76 dollar təşkil edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 06 Sentyabr 2019, 10:14

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,81 ABŞ dolları və yaxud 2,83% artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,76 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.