Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb

WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 63,47 dollara çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Sentyabr 2019, 08:15

Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% - 13% artıb.

 

İnterAz bu barədə RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

 

Qeyd edilir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,62 dollara qədər bahalaşıb.

 

WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 63,47 dollara çatıb.