Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib
Parlamentin plenar iclasında onun namizədliyini 649 millət vəkilindən 394-ü dəstəkləyib...
Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 15:50
Avropa Parlamenti Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
İnterAz TASS-a istinadən xəbər verir ki, parlamentin plenar iclasında onun namizədliyini 649 millət vəkilindən 394-ü dəstəkləyib.
Xatırladaq ki, K.Laqardın sözügedən vəzifəyə namizədliyini bundan əvvəl Avropa Parlamentinin İqtisadiyyat və Monetar İşlər Komitəsi qəbul edib. O, 17-18 oktyabrda keçiriləcək Avropa İttifaqı sammitində vəzifəsinə təsdiq olunacaq və səlahiyyətlərinin icrasına başlayacaq.