BTQ ilə Çindən Avropaya gedən ilk yük qatarı Türkiyəyə daxil olub

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə Çindən Avropaya yola düşən ilk yük qatarı Türkiyə ərazisinə daxil olub...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 07 Noyabr 2019, 17:33

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə Çindən Avropaya yola düşən ilk yük qatarı Türkiyə ərazisinə daxil olub.

 

İnterAz-ın APA-ya istinadən verdiyi məlumata görə, 74 kv. metrlik 42 konteyner daşıyan və 850 metr uzunluğundakı  “China Railway Express” adlı karqo qatarı Türkiyə ərazisinə (Qarsa – red.) daxil olub. Noyabrın 6-da qatarın Ankara dəmir yolu stansiyasında rəsmi qarşılanma mərasimi keçiriləcək. Yük qatarı daha sonra Marmaray kanalından istifadə etməklə Bolqarıstan, Serbiya, Macarıstan, və Slovakiyadan keçərək Çexiyanın paytaxtı Praqaya çatacaq.

 

Qeyd edək ki, qatar eyni zamanda Marmaray kanalından keçərək Avropaya yük daşıyacaq ilk karqo qatarıdır.