BVF: Dünya ölkələrinin borcu 188 trilyon dollar rekord həddə çatıb

Dünya ölkələrinin borcu rekord göstəricilərə – 188 trilyon dollara çatb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 08:40

Dünya ölkələrinin borcu rekord göstəricilərə – 188 trilyon dollara çatb.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Qeorqiyeva bildirib.

 

"Dünya borcu - həm dövlət, həm də şəxsi kimi - rekord həddə çatıb - 188 trilyon dollar. Bu, təxminən 230% qlobal istehsal təşkil edir", - deyə Vaşinqtonda "Annual Research Conference"in iqtisadi tədqiqatlarının 20 illik yubiley konfransında çıxış edən Qeorqiyeva bildirib.

 

Qeorqiyevanın sələfi - Kristina Laqard 1 il əvvəl qeyd edib ki, qlobal borc 182 trilyon dollar təşkil edir. O, dünya hökumətlərini bu göstəricinin azaldılması üçün bacardıqları hər şeyi etməyə çağırıb. Çünki dünya iqtisadiyyatı öz artımını yubadır. Belə olduqda ödəmələri təmin etmək daha problemli olacaq.