Yaxın üç ildə Bakıya 12 yeni metro qatarı gətiriləcək

Gələn ilin fevral ayından etibarən Rusiyadan Azərbaycana yeni metro qatarlarının gətirilməsinə başlanılacaq...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 14:46

Gələn ilin fevral ayından etibarən Rusiyadan Azərbaycana yeni metro qatarlarının gətirilməsinə başlanılacaq. 

 

İnterAz xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov məlumat verib. 

 

Onun sözlərinə görə, yaxın 3 ildə 12 metro qatarının (60 metro vaqonunun) gətirilməsi nəzərdə tutulub.