Dünya Bankı Ukraynada torpaq islahatına dəstək verib

Sentyabrda Ukrayna hökuməti torpaq islahatı haqqında qanun layihəsini bəyənib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 11 Noyabr 2019, 09:54

Dünya Bankı Ukraynaya ölkədə kənd təsərrüfatı torpaqları bazarının açılışı ilə bağlı torpaq islahatına dəstəyini ifadə edib.

 

İnterAz xəbər verir ki, bu barədə təşkilatın bəyanatına istinadən "Ukrainski novini" ("Ukrayna xəbərləri") bildirib.

 

"Dünya Bankı Ukraynanın rəhbərliyi ilə planlaşdırılmış kənd təsərrüfatı torpaqları bazarının açılışına tam dəstəyini ifadə edir. Torpaq islahatı Ukrayna fermerlərinin kənd təsərrüfatının təyinatı üzrə torpağı ala, sata bilmələri üçün lazımdır ki, onlar kreditlər almaq imkanına malik olsunlar", - deyə Dünya Bankında bildiriblər.

 

Bununla yanaşı, təşkilatda qeyd ediblər ki, bu addım həmçinin torpaq sahiblərinə lazımınca qiymətli aktiv üçün gəlir əldə etmək imkanı verəcək.

 

Sentyabrda Ukrayna hökuməti torpaq islahatı haqqında qanun layihəsini bəyənib.