"Patek Philippe"in qol saatı rekord qiymətə satılıb

Lüks saat istehsalçısı "Patek Philippe" xeyriyyə məqsədi ilə keçirdiyi auksionunda qol saatını rekord qiymətə satıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 12 Noyabr 2019, 09:28

Lüks saat istehsalçısı "Patek Philippe" xeyriyyə məqsədi ilə keçirdiyi auksionunda qol saatını rekord qiymətə satıb.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, "Christie's" hərrac evi tərəfindən Cenevrədə keçirilən auksionda "Patek Philippe"in qol saatı 31 milyon dollara satılıb.

 

Məlumata görə, 300-dən çox insanın toplandığı auksionda beş dəqiqə ərzində satılan "Grandmaster Chime", 2017-ci ildə Paul Newman'ın "Daytona Rolex"in 17,8 milyon dollarlıq rekordunu qırıb.

 

Xatırladaq ki, "Christie's" hərrac evi cari ayın sonunda 1950-ci illərə aid nadir marka bir saat satışa çıxaracaq. Proqnozlara görə saat 14 milyon dollara satılacaq.