Azərbaycan nefti çüzi ucuzlaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,54 dollar təşkil edib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 13 Noyabr 2019, 09:52

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,03 ABŞ dolları və yaxud 0,04% azalıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,54 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.