“Facebook” 3 milyarddan çox saxta hesabı silib

“Facebook” sosial şəbəkəsi aprel-sentyabr ayları ərzində 3,2 milyard saxta hesabı silib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 14 Noyabr 2019, 08:42

“Facebook” sosial şəbəkəsi aprel-sentyabr ayları ərzində 3,2 milyard saxta hesabı silib.

 

İnterAz “Associated Press”ə istinadən xəbər verir ki, bu, əvvəlki altı ayla müqayisədə çoxdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə bu rəqəm 3 milyard idi.

 

Qeyd olunub ki, bütün saxta hesablar aktiv olmadan əvvəl bağlanıb.

 

Şirkət, hazırda 2.45 milyard hesabın təxminən 5% -nin saxta olduğunu təxmin edir