FED: İqtisadiyyat üçün mənfi faiz dərəcələri uyğun deyil

ABŞ-da iqtisadi artımın, məşğulluq bazarının və infilyasiyanın sabit olduğu qeyd edən C.Pauel ABŞ prezidentinin tələb etdiyi mənfi faiz dərəcələrinin hazırda ölkə iqtisadiyyatı üçün uyğun olmadığını vurğulayıb...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 14 Noyabr 2019, 13:33

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) vəzifəsi ticarət, immiqrasiya və yaxud federal xərcləmə siyasətini müəyyənləşdirmək deyil və 2020-ci ildəki prezident seçkilərindən əvvəl təşkilat heç bir siyasi münaqişəyə daxil olmayacaq".

 

İnterAz xəbər verir ki, bunu FED-in rəhbəri Cerom Pauel ABŞ Konqresinin Birgə İqtisadi Komitəsinin iclasında deyib.

 

ABŞ-da iqtisadi artımın, məşğulluq bazarının və infilyasiyanın sabit olduğu qeyd edən C.Pauel  ABŞ prezidentinin tələb etdiyi mənfi faiz dərəcələrinin hazırda ölkə iqtisadiyyatı üçün uyğun olmadığını vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Prezident Donald Tramp Nyu-York İqtisadi Klubundakı çıxışında FED-in faizləri artırıb-azaltmasının ABŞ iqtisadiyyatının rəqabətqabiliyyətliliyini azaltdığını bildirib.