Yasamalda elektrik verilişində fasilələr yaranıb

"Azərişıq" ASC-yə məxsus "Yasamal-1" yarımsatansiyasında reaktorlardan birində nasazlıq yaranıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Noyabr 2019, 14:50

"Azərişıq" ASC-yə məxsus "Yasamal-1" yarımsatansiyasında reaktorlardan birində nasazlıq yaranıb. Bu səbəbdən də elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

 

Faktı İnterAz-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

 

Onun sözlərinə görə, hazırda əməkdaşlar qəzanın aradan qaldırılması ilə məşğuldur: "Yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa olunacaq".