Azərbaycan nefti ucuzlaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,21 dollar təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Dekabr 2019, 10:04

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,65 ABŞ dolları və yaxud 2,4% azalıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,21 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.