Azərbaycan neftinin qiyməti artıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,80 ABŞ dolları təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 10:16

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,27 ABŞ dolları və yaxud 0,45% artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,80 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.