Bakının əsas avtomagistrallarında sürət həddi endirilib

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 11:02

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə İnterAz-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Xəbərə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir", - deyə BNA-dan bildirilib.