Azərbaycan nefti bahalaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 19,43 ABŞ dolları təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Aprel 2020, 12:03

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,20 ABŞ dolları, yaxud 1,04% artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 19,43 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.