Azərbaycan nefti yenidən bahalaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,11 ABŞ dolları təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 May 2020, 10:38

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,14 ABŞ dolları, yaxud 3,26% artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,11 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.