Azərbaycan yanvar-apreldə 10 mln. tondan çox neft ixrac edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 10,2 mln. ton neft (kondensatla birlikdə) ixraca yönəldilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 May 2020, 11:05

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 10,2 mln. ton neft (kondensatla birlikdə) ixraca yönəldilib. Bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 106 min ton azdır.

 

Energetika Nazirliyindən İnterAz-a verilən məlumata görə, neft-kondensatın 9,8 mln. tonu konsorsium ("Azəri-Çiraq-Günəşli" neft-qaz yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı), 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.