Neftin qiyməti 40 ABŞ dollarından aşağı düşüb

Koronavirusa yoluxanların sayının artması ilə investorlar arasında tələbatın kəskin azalması qorxusu nefti yenidən ucuzlaşdırıb....

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Iyun 2020, 16:46

Koronavirusa yoluxanların sayının artması ilə investorlar arasında tələbatın kəskin azalması qorxusu nefti yenidən ucuzlaşdırıb.

 

İnterAz xəbər verir ki, Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,39% azalaraq 39,75 ABŞ dolları təşkil edib.

 

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,76% azalaraq 37,34 ABŞ dolları olub.