"Bakı Metropoliteni" bu gün 2 yeni qatarını xəttə buraxır

"Bakı Metropoliteni" QSC bu gün 2 yeni qatarını xəttə buraxacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 10:16

"Bakı Metropoliteni" QSC bu gün 2 yeni qatarını xəttə buraxacaq.

 

İnterAz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edəcək.

 

"Digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir. Təxminən iyulun ilk yarısında onlar da sərnişinlərin istifadəsinə veriləcək", - deyə metro rəsmisi qeyd edib.

 

Xatırladaq ki, hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i teni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.

 

Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.