Milyarderlər sıralamasında İlon Mask Baffetti ötüb

...Amerikalı sahibkar İlon Mask milyarderlər siyahısında yeddinci yeri tutub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 09:56

Amerikalı sahibkar İlon Mask milyarderlər siyahısında yeddinci yeri tutub.

 

İnterAz-ın TASS-a istinadən məlumatına görə, reytinq Bloomberg agentliyi tərəfindən tərtib edilib.

 

Beləliklə İ.Mask "Berkshire Hathaway" investisiya fondunun başçısı Uorren Baffeti geridə qoyub.

 

Bildirilir ki, "Tesla" şirkətinin səhmlərinin qiyməti qalxdığı üçün onun sərvəti 6.1 milyard dollar çoxalaraq 70.5 milyarda çatıb. 10-cu pillədə yer alan U.Baffetin sərvəti isə 69.2 milyard dollar təşkil edir.