“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

...müəssisənin baş direktoru Emin Məmmədov öz xahişi ilə 17 iyul tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 14:55

“Sumqayıt Texnologiyalar Parkı” MMC-yə müvəqqəti olaraq baş direktor vəzifəsi üzrə səlahiyyət, baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunub.

 

STP-dən İnterAz-a verilən məlumata görə, müəssisənin baş direktoru Emin Məmmədov öz xahişi ilə 17 iyul tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq.