Dünya bazarlarında neftin qiymətləri yenidən yüksəlməyə başlayıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,66% artaraq 41,34 dollar təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Iyul 2020, 10:53

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,07% artaraq 1 barelə görə 43,34 dollar təşkil edib.

 

İnterAz-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,66% artaraq 41,34 dollar təşkil edib.