Bir sıra şəhər və rayonlarda su kəsiləcək

...Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Iyul 2020, 14:44

Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

 

Bu barədə İnterAz-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

 

Onun sözlərinə görə, məhdudiyyətlər Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalının müvəqqəti dayandırılması ilə bağlıdır.