“Moody’s” Azərbaycanın maliyyə dayanıqlığı reytinqini artırıb

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a3" səviyyəsindən "a2" səviyyəsinə qaldırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 Iyul 2020, 10:48

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə dayanıqlığı reytinqini "a3" səviyyəsindən "a2" səviyyəsinə qaldırıb.

 

İnterAz-ın agentliyə istinadən verdiyi məlumata görə, ölkənin maliyyə dayanıqlığı reytinqinin hazırkı səviyyədə olması Azərbaycanın güclü xalis kreditor mövqeyi ilə dəstəklənir.

 

Qeyd edək ki, hazırda “Moody's” Azərbaycanın kredit reytinqini “Ba2” səviyyəsində qiymətləndirir.