ABŞ pandemiyadan 16 trilyon dollardan çox ziyan çəkəcək

...Pandemiyanın uzunmüddətli təsiri səbəbindən ABŞ iqtisadiyyatı 16 trilyon dollardan çox vəsait itirəcək

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Oktyabr 2020, 09:21

Pandemiyanın uzunmüddətli təsiri səbəbindən ABŞ iqtisadiyyatı 16 trilyon dollardan çox vəsait itirəcək.

 

İnterAz-ın məlumatına görə, bu barədə ABŞ-ın keçmiş maliyyə katibi Lourens Sammers və Harvard universitetinin iqtisadçısı Devid Katlerin Amerika Tibb Birliyinin dövri nəşrində dərc etdikləri məqalədə yazılıb.

 

Ekspertlər hesablamalarında növbəti on ildə ABŞ-da yaranacaq məhsuldarlıq itkisini, eyni zamanda yerli sakinlərin xəstəliyi və ölümünün səbəb olduğu iqtisadi ziyanı da nəzərə alıblar. Ümumi rəqəmin 16 trilyon ABŞ dollarından çox olduğu təxmin edilir ki, bu da ABŞ-ın illik ÜDM-nun 90% -ni təşkil edir. Dörd nəfərlik ailənin itkisi təxminən 200 000 ABŞ dolları təşkil edəcək. Bu məbləğin təxminən yarısı COVID-19 səbəbindən itirilən gəlirdir. İqtisadçılara görə, pandemiya “Böyük Depressiya”dan sonra ABŞ-ın firavanlığı və rifahı üçün ən ciddi təhdiddir.

 

 

Xatırladaq ki, L.Sammers Harvard Universitetinin fəxri prezidentidir. 1999-2001-ci illərdə ABŞ Maliyyə katibi vəzifəsində çalışıb. 2009-2011-ci illərdə Ağ Evin Milli iqtisadi şurasının rəhbəri olub.