Azərbaycan nefti 40 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,49 ABŞ dolları, yaxud 3,52% azalıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2020, 10:48

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,49 ABŞ dolları, yaxud 3,52% azalıb.

 

İnterAz  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,80 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.