"Apple" yeni "iPhone 12" smartfonunu təqdim edib

...ABŞ-ın mobil smartfon nəhəngi “Apple” özünün yeni “iPhone 12” modelini təqdim edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Oktyabr 2020, 09:18

ABŞ-ın mobil smartfon nəhəngi “Apple” özünün yeni “iPhone 12” modelini təqdim edib.

 

İnterAz xəbər verir ki, təqdimat mərasimi şirkətin veb saytında yayımlanıb.

 

Model beş rəngdə - qara, ağ, qırmızı, yaşıl və tünd mavi rənglərdə təqdim olunub.

 

Bundan əlavə, smartfonlar 5G mobil şəbəkəsini də dəstəkləyəcəklər. Cihaz iki kamera ilə təchiz olunub və düz kənarlarına görə “iPhone 4” və “iPhone 5” modellərini xatırladır.