Azərbaycan neftinin qiyməti 42 dollara yaxınlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,9 ABŞ dolları, yaxud 2,21% azalıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Oktyabr 2020, 11:36

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,9 ABŞ dolları, yaxud 2,21% azalıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 41,70 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.