Neft yenidən bahalaşmağa başlayıb

...Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 43,8 dollar təşkil edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Noyabr 2020, 09:24

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 43,8 dollar təşkil edib.

 

İnterAz-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,05% azalaraq 41,41 dollar təşkil edib.