Elon Mask milyarderlər sırasında Mark Zukerberqi keçib

... Onun sərvəti 120 milyard dollar, Zukerberqinki isə 103 milyard dollar dəyərindədir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Noyabr 2020, 16:00

"SpaceX" və "Tesla"nın rəhbəri Elon Mask, həm "Forbes", həm də "Bloomberg"in milyarder sırasında "Facebook" qurucusu və rəhbəri Mark Zukerberqi geridə qoyub.

 

İnterAz-ın "RBC"ya istinadən verdiyi xəbərə görə, Mask "Bloomberg"in versiyasına milyarderlərin qlobal reytinqində üçüncü olub.

 

Onun sərvəti 120 milyard dollar, Zukerberqinki isə 103 milyard dollar dəyərindədir.

 

Birinci yer, "Amazon"un qurucusu Jeff Bezosa (183 milyard ABŞ dolları), ikinci yer isə 128 milyard sərvəti ilə "Microsoft"un qurucusu Bill Geytsə məxsusdur.