Bakı və Abşeronun bəzi ərazilərində iki gün su olmayacaq
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 17:48
Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə İnterAz-a “Azərsu” ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.