İlon Mask beş gün sonra "Forbs"un zənginlər siyahısındakı liderliyini itirib

Dünyanın ən zəngin insanlarının siyahısında ilk sırada yer alan Amerikalı iş adamı İlon Mask bu yerdə beş gün qala bilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Yanvar 2021, 12:45

Dünyanın ən zəngin insanlarının siyahısında ilk sırada yer alan Amerikalı iş adamı İlon Mask bu yerdə beş gün qala bilib.

 

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri bir gündə 13,5 milyard dollar itirib, hazırda onun sərvəti  176,2 milyard dollardır.

 

İnterAz xəbər verir ki, bu barədə "Forbes Real-time" məlumat yayıb.

 

Məlumata görə, "Amazon" qurucusu Jeff Bezos dünyanın ən varlı insanlarının ilk sırasına geri qayıdıb. Onun kapitalı 182,1 milyard dollar dəyərindədir.