Rusiya Azərbaycandan olan beş şirkətdən pomidor idxalına qadağa qoyub

Rusiyanın "Rosselxoznadzor" idarəsi Azərbaycandan gətirilən pomidorlarda pomidor güvəsi aşkar edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 17:44

Rusiyanın "Rosselxoznadzor" idarəsi Azərbaycandan gətirilən pomidorlarda pomidor güvəsi aşkar edib.

 

İnterAz-ın verdiyi xəbərə görə, Dağıstan gömrük terminalında aparılan yoxlama zamanı təhlükəli zərərvericiyə rast gəlinib. Zərərvericilər 5 istehsalçı şirkətin məhsullarında aşkar edilib.

 

Məlumata görə, bura "AQRO-FAVORIT" MMC, "Bina Agro" QSC, "AGROTERM" MMC, "Xızı Agropark" MMC, "Mamedov Vilayət Rüstəm" adlı Azərbaycan şirkətləri aiddir.