Azərbaycan nefti 63 dollara qədər bahalaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,98 ABŞ dolları təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 10:43

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,72 % artıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,98 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

sss