Baydenin prezidentlik dövrü ərzində amerikalı milyarderlərin sərvəti 195 mlrd. dollar artıb

Əsas birja indeksləri fevral ayından bəri dayanmadan yüksəlir və ard-arda rekordları yeniləyir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 May 2021, 12:26

Co Baydenin ABŞ-ın Prezidenti kimi fəaliyyət göstərdiyi 100 günlük müddət ərzində ölkənin ən zəngin 100 milyarderi sərvətlərini 195 mlrd. dollar artırıblar.

 

İnterAz-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, 30 aprel tarixinə ABŞ-ın ən zəngin 100 milyarderinin ümumi sərvəti 2,9 trln. dollara çatıb ki, bu da Baydenin inauqurasiya (20 yanvar) tarixindən bəri 195 mlrd. dollar çoxdur.

 

Artımın əsas səbəbləri kimi, COVID-19-a qarşı vaksinasiyanın geniş yayılması və pandemiyanın səngiməsi fonunda birjalardakı artım göstərilir. Əsas birja indeksləri fevral ayından bəri dayanmadan yüksəlir və ard-arda rekordları yeniləyir. Belə ki, "Dow Jones" və "S&P 500" iki aya artıq 10%-dən çox artıb.

sss