Türkiyədə böyük qızıl yatağı aşkar edilib

...ölkənin şərqində 1,2 milyard dollardan çox qızıl ehtiyatı olan yataq tapılıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 10 Iyun 2021, 17:48

Türkiyədə böyük qızıl yatağı aşkar edilib. 

 

İnterAz xəbər verir ki, ölkənin şərqində 1,2 milyard dollardan çox qızıl ehtiyatı olan yataq tapılıb. Bunu ölkənin Sənaye və texnologiya naziri Mustafa Varank açıqlayıb.

 

"Mollaqara kəndi yaxınlığındakı "Koza Altın" mədənində 1,2 milyard dollar dəyərində 20 ton qızıl ehtiyatı, 2,8 milyon dollar dəyərində  3,5 ton gümüş ehtiyatı aşkar etdik", nazir "Twitter" səhifəsində yazıb.

 

Mədən aşkar edilən kənd Türkiyənin şərqində, Ağrı vilayətində yerləşir.

 

Varank bildirib ki, son 10 ildə ölkədə qızıl hasilatına investisiya səviyyəsin 25 faiz artıb.

 

2020-ci ildə ölkədə 18 mədəndən 42 ton qızıl çıxarılıb.

 

Nazirin sözlərinə görə, bu il Türkiyə 45 ton qızıl çıxarmaq niyyətindədir, növbəti beş il üçün hədəf 100 ton səviyyəsinə çatmaqdır.

sss