Azərbaycan Beynəlxalq Bankı kart sahiblərinin itkilərini aradan qaldırdı

Beynəlxalq Bank kart sahiblərinə güzəşt edib

Bakı, Zaurə Əmirova, İnteraz - 08 Yanvar 2016, 13:09

Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərin manat ödəniş kartları ilə xarici valyutada apardıqları ödənişlərdə, "üzən məzənnə"yə keçiddən sonra əlavə vəsait itkisinə məruz qalmış kart sahiblərinə güzəşt edib. İnterAz Banka istinadən verdiyi xəbərə görə, 21 dekabr 2015-ci il tarixinə qədər ABB-nin ödəniş kartları və Banka məxsus terminallar vasitəsilə aparılmış bütün mədaxil (cash in), məxaric (cash out), köçürmə (transfer) və kart köçürmələri (card transfer) əməliyyatları zamanı icra olunmuş mübadilə məbləğləri əməliyyat gününün məzənnəsi ilə yenidən hesablanıb və valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə tutulmuş vəsait müştərilərə geri ödənilib.