Qiymətlərdə ucuzlaşma qeydə alınıb

16 Avqust 2013, 16:29

Statistika Komitəsindən verilən məlumata görə, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.7 faiz ucuzlaşmış, xidmət tarifləri 0.1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalıb.

Rusiya Ukraynadan idxalatı dayandırıb

16 Avqust 2013, 15:40

Ukrayna tərəfdən verilən açıqlamada da Rusiyanın Ukraynadan idxal edilən bütün malları məlum olmayan müddətə kimi dayandırdığı bildirilib.Rusiya Gömrük idarəsindən bununla bağlı heç bir açıqlama verilməyib.

Neftin dəyəri artmağa davam edir

16 Avqust 2013, 11:31

Nyu-Yorkun əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,48 dollar və ya 0,4% artaraq 1 barelə görə 107,33 dollar təşkil edib.

Kənd təsərrüfatı sahəsində ümumi məhsul istehsalı artıb

16 Avqust 2013, 10:17

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, aqrar bölmədə avqustun 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98,2%-i və ya 1016,5 min hektarı biçilib.Orta hesabla hər hektardan əldə edilmiş məhsul 0,3 sentner artaraq 26,6 sentner təşkil edib.

İstehsal artaraq 32.3 milyard manata çatdı

15 Avqust 2013, 17:38

Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 29.7 faiz, o cümlədən nəqliyyatda 5.6 faiz, ticarət və pullu xidmətdə 9.6 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 12.8 faiz təşkil etmişdir. ÜDM-in 6.5 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3484.7 manat təşkil edərək 3.7 faiz artıb.

Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4,1 mlrd. manat vəsait daxil olub

15 Avqust 2013, 16:15

Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 41%-i mənfəət vergisinin, 23,1%-i əlavə dəyər vergisinin, 11,6%-i şəxslərin gəlir vergisinin, 7,3%-i aksizlərin, 17 %-i isə digər vergilərin payına düşür.

Bütün qatarlara əlavə vaqonlar qoşulacaq

15 Avqust 2013, 12:57

Əlavə vaqonlar bütün daxili istiqamətlər üzrə əlavə olunacaq, çünki tədris ilinin başlanması və məzuniyyətlər dövrünün bitməsi ilə əlaqədar sərnişin axını xeyli artıb.

Azərbaycan Əfqanıstana sərmayə yatırmağı planlaşdırır

15 Avqust 2013, 11:59

Məzari-Şərifdə Əfqanıstan və Azərbaycan sərmayəsi hesabına neft emalı zavodu fəaliyyət başlayıb. Hazırda bu zavod gündə 500 ton xam neft emal edir, onun istehsal gücünü gündə 1500 tona çatdırmaq planlaşdırılır.

Xaçmazda əmək yarmarkası keçirilib

14 Avqust 2013, 17:33

Yarmarkaya 41 müəssisə tərəfindən 457 iş yeri çıxarılıb ki, bunun 253-ü qulluqçu, 204-ü fəhlə, 34-ü xidmət sahəsinə aid iş yeri olub. Dövlət müəssisələri 265, qeyri-dövlət təşkilatları 117, fiziki şəxslər tərəfindən 75 iş yeri təklif edilib. Yarmarkada 370 işaxtaran iştirak edib.

Rusiya və Azərbaycan neft şirkətləri birgə əməkdaşlıq haqda razılığa gəliblər

14 Avqust 2013, 15:03

"Rosneft" Milli Şirkəti ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Saziş avqustun 13-də imzalanıb. Sənədi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Rosneft"in prezidenti, İdarə Heyətinin sədri İqor Seçin və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar.

Azərbaycanda əhalinin gəlirləri artıb

14 Avqust 2013, 13:31

Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri haqqında məlumat yayıb. Komitədən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 18,9 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil edib.

Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonundan investisiya layihələrinin qəbuluna başlayıb

13 Avqust 2013, 14:44

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Balkan ölkələri Transadriatik qaz kəmərinin tikintisini dəstəkləyirlər

24 May 2013, 06:04

Monteneqro, Albaniya, Bosniya və Herseqovina və Xorvatiyanın hökumət nümayəndələri Transadriatik

Lent

Ən çox oxunan