Xaçmazda əmək yarmarkası keçirilib

14 Avqust 2013, 17:33

Yarmarkaya 41 müəssisə tərəfindən 457 iş yeri çıxarılıb ki, bunun 253-ü qulluqçu, 204-ü fəhlə, 34-ü xidmət sahəsinə aid iş yeri olub. Dövlət müəssisələri 265, qeyri-dövlət təşkilatları 117, fiziki şəxslər tərəfindən 75 iş yeri təklif edilib. Yarmarkada 370 işaxtaran iştirak edib.

Rusiya və Azərbaycan neft şirkətləri birgə əməkdaşlıq haqda razılığa gəliblər

14 Avqust 2013, 15:03

"Rosneft" Milli Şirkəti ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Saziş avqustun 13-də imzalanıb. Sənədi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Rosneft"in prezidenti, İdarə Heyətinin sədri İqor Seçin və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar.

Azərbaycanda əhalinin gəlirləri artıb

14 Avqust 2013, 13:31

Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri haqqında məlumat yayıb. Komitədən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 18,9 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil edib.

Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonundan investisiya layihələrinin qəbuluna başlayıb

13 Avqust 2013, 14:44

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Balkan ölkələri Transadriatik qaz kəmərinin tikintisini dəstəkləyirlər

24 May 2013, 06:04

Monteneqro, Albaniya, Bosniya və Herseqovina və Xorvatiyanın hökumət nümayəndələri Transadriatik

Lent

Ən çox oxunan