1018-ci ildə Yaroslav Mudrının hakimiyyəti dövründə Kiyevdə inşa edilmiş Sofiya kilsəsi 13 günbəzli tikili olub. Bir neçə əsr sonra ona daha 6 günbəz əlavə edilib. XVII əsrdə isə kilsə Ukrayna barokkosu üslubunda yenidən qurulub.

 

İnterAz xəbər verir ki, tarix elmləri doktoru, “Sofiya Kiyevskaya” Milli Qoruğunun baş direktorunun elmi işlər üzrə müavini Vyaçeslav Korniyenko AZƏRTAC-ın müxbirinə kilsənin tarixindən və burada saxlanılan artefaktlardan danışıb.

 

Alim deyib: “Sofiya kilsəsi XI əsrin əvvəlində Knyaz Vladimir ilə Yaroslav Mudrının hakimiyyəti illərində inşa edilib. Müasir tədqiqatlar müəyyən etməyə imkan verib ki, kilsənin təməli 1011-ci ildə qoyulub, tikintisi 1018-ci ildə başa çatıb. İlk ibadət mərasimi də elə o vaxt keçirilib. Sofiya kilsəsində 11 əsrə aid mozaika və freskaların yetərincə böyük kompleksi saxlanılıb. Bunların sayəsində bizim Kiyev Rus dövləti dövründə kilsələrin necə bəzədildiyi barədə təsəvvürümüz var”.

 

Saxlanılan mozaika və freskaların kompleksliliyinə görə kilsənin həmin dövrdə Bizansın təsiri altında olan ölkələrdəki abidələr arasında analoqu yoxdur.

 

Mozaikaların palitrasının 177 çaları var. Müqəddəs Məryəm ana “Möhkəm divar”, Yevxaristiya və müqəddəs yepiskopların təsvirləri Sofiya kilsəsinin ən tanınmış mozaika və freskalarıdır.

 

Kilsədə 7000-dən çox yazı qeydə alınıb. Ukrayna, polyak, latın, alman, ingilis və s. dillərdə olan bu yazıları kilsənin divarlarında ziyarətçilər cızıblar. Onların ən qədimi 1019-cu ilə, ən geci 1732-ci ilə aiddir.

Авторы: 
943
Город: 
Bakı
Картинка: 

Ən çox oxunan