Rusiya səfiri Azərbaycan yaradıcılarını mükafatlandırıb - Fotolent

  • 0
    paylaşım
  • 15

Bakı, Rəşid Dadaşov, İnteraz, 12 Fevral 2014, 16:08

Rusiya səfirliyində keçirilmiş tədbirdə V. Doroxin hər iki sənət adamının yaradıcılığını qısa təhlil edib, konkret misallar gətirib. Bildirilib ki, Azərbaycanda rus dilinin qorunmasında, rus ədəbiyyatı və incəsənətinin təbliğində görülən işləri dəyərləndirmək səfirliyin vəzifə borcudur. Bu işdə fərqlənənlərə qiymət vermək diplomatik korpus üçün ənənəyə çevrilib. Misal olaraq ötən il “Literaturnıy Azerbaydjan” jurnalının iki gənc əməkdaşının mükafatlandırılmasını göstərmək olar.

Səfir xatırladıb ki, bugünki mükafatçıları o öz müşahidələri və zövqü əsaında seçib və mükafatlandırır.

Musiqi tənqidçisi Natəvan Ağayeva və şair Azər Əfəndiyev mükafata görə səfirə təşəkkür ediblər.