Üzeyir Hacıbəyli ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov İnterAz televiziyasının qonağı olub

  • 0
    paylaşım
  • 50

Bakı, Orxan Kərimov, İnteraz, 27 Sentyabr 2013, 17:31

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi, Üzeyir Hacıbəyli ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov İnterAz televiziyasının qonağı olub.O bildirib ki, bu gün uşaqlar üçün yazılan musiqi elə də az deyil. Otuz il bundan qabaq yazılan musiqilərlə nisbətdə bu gündə az deyil. İndi bəstəkarların sayı artır. İstər-istəməz hər bəstəkar yaradıcılığında uşaq musiqisinə də diqqət yetirirlər: "Mən 50-ə yaxın teatr tamaşasına musiqi yazmışam. Onların ən azı 10-nu uşaqlar üçün tamaşadır və indiyədək oxunur. Hazırda uşaq musiqisinin təbliğatı yox dərəcəsindədir. Televiziyalarımızda uşaq musiqisini təbliğ edən veriliş yoxdur. Ötən əsrin 60-70-ci illərində uşaq mahnılarını öyrətmək proqramı var idi. Yarım saatlıq veriliş ancaq bir mahnını öyrətməyə ayrılırdı, uşaq xorları tez-tez səhnəyə çıxardı.