Bakıda Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi açılıb

  • 0
    paylaşım
  • 48

Bakı, Orxan Kərimov, İnteraz, 11 Iyun 2018, 14:47

İyunun 11-də Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi açılıb. Sərgi iştirakçılarının 30 faizdən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır. Sərgidə bir sıra yeniliklər təqdim olunacaq. Belə ki, “AzRusTrans” şirkəti tranzit daşımalar üzrə alternativ imkanları nümayiş etdirəcək, “Texnovotum” şirkəti isə ziyarətçilərə avtomatlaşdırılmış lazer skaneri və defektoskopiya kimi məhsullarını təklif edəcək.