Velosiped idmanı üzrə dünya çempionatının qalibləri mükafatlandırılıb

  • 0
    paylaşım
  • 46

Bakı, Orxan Kərimov, İnteraz, 10 Iyun 2018, 09:54

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi olub. Qaliblərə medalları Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Velosipedçilər İttifaqının BMX komissiyasının və İttifaqın idarə heyətinin üzvü Artur Lopes və qurumun vitse-prezidenti Renato Di Rokko təqdim ediblər. İlk üç pillədə qərarlaşan idmançılara medallarla yanaşı, qalib idmançıya çempionluq köynəyi verilib. Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparıb.